“Ukrayna çətin vəziyyətdədir”.
Azpost.info xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, Ukrayna mövzusu prezident Vladimir Zelenskinin dəvət olunduğu G7 onlayn sammitinin gündəminə məhz bu səbəbdən daxil ola bilər.
“Siz görürsünüz ki, indi maliyyə resurslarının davamlı şəkildə ayrılması ilə bağlı vəziyyət nə qədər ağırdır. Ukraynalılar çətin vəziyyətdədirlər, ona görə də indi onlar üçün asan deyil”, – Peskov deyib.
O əlavə edib ki, Rusiya G7 üzvlərinin fövqəladə formatda toplanmasını yaxından izləyəcək. Peskov G7 ölkələrinin Fələstin-İsrail münaqişəsini də müzakirə edə biləcəyini istisna etməyib.
Azpost.info