“Ukrayna gözləniləndən daha az insanı səfərbər etdi”- ZELENSKİ

Ukrayna müvafiq qanunun sərtləşdirilməsindən sonra gözləniləndən daha az insanı səfərbər etdi.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.

O, Kiyevin artıq yarım milyon insanı xidmətə çağırması barədə məlumatları təkzib edib.

“Həqiqətən də qanun qəbul ediləndən sonra kifayət qədər insanı səfərbər etmədik. Səfərbərlik haqqında qanunun normalarına düzəlişlər edilməlidir”, – Zelenski bildirib.

Ukayna lideri etiraf edib ki, cəbhədə briqadaların doldurulması ləng gedir. Onun sözlərinə görə, şərqdə bölmələr tükəndiyi üçün rotasiya lazımdır.

“Döyüşləri çətinləşdirən amillərdən biri də silah təchizatının gecikməsi olub”, – Zelenski qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

İqlim dəyişikliyinin təsirləri hər gün hiss olunur

Sonrakı məqalə

Afrikalı ekoaktivist COP29-dan əsas gözləntisini açıqlayıb