Ukrayna müharibədə neçə əsgərini itirib?- Zelenski ABŞ-ın göstərdiyi rəqəmlə razılaşmır

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişə başlayandan nə qədər əsgər itirdiklərindən danışıb.

Azpost.info xəbər verir ki, onun sözlərinə görə, daha əvvəl ABŞ mediası bu rəqəmi 80 min göstərib.

“Bu yaxınlarda ABŞ mətbuatında 80 min ukraynalının öldüyü barədə məlumat yayılıb. Amma sizə demək istəyirəm ki, belə deyil. Daha azdır. Çox daha az”, – Zelenski qeyd edib.

Zelenski konkret rəqəmlər deyə bilməyəcəyini də bildirib.

Sonuncu dəfə Zelenski Ukrayna tərəfinin itkilərindən danışarkən 31 min hərbçinin öldürüldüyü haqda danışıb. Ukrayna lideri fevral ayında müvafiq açıqlama ilə çıxış edib. Daha sonra “The Washington Post” adı açıqlanmayan ukraynalı mənbəyə istinadən yazıb ki, Ukrayna Silahlı Qüvvələri sıralarına yeni çağırışçıların cəlb edilməsinə mane olmamaq üçün bu rəqəm çox güman ki, az göstərilib.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan nefti ucuzlaşıb

Sonrakı məqalə

Hüquqi şəxslərin depozitlərində dollarlaşma səviyyəsi azalıb