“Ukrayna münaqişəsinin başa çatması üçün güclü iradə yoxdur”- ƏRDOĞAN

“Rusiya ilə Ukrayna arasında münaqişənin tezliklə bitəcəyini gözləmirəm”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

O, Türkiyə tərəfinin Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması üçün səy göstərdiyini bildirib.

“Rusiya ilə Ukrayna arasında müharibə iki il yarımdır davam edir. Tərəflərdən heç biri digəri üzərində tam üstünlük əldə edə bilmir. Ciddi itkilər və dağıntılar yaşanır. Təəssüf ki, münaqişənin yaxın gələcəkdə sona çatması üçün güclü iradə yoxdur. Türkiyə müharibə tacirlərindən başqa heç kimə lazım olmayan bu münaqişəni dayandırmaq üçün mümkün olan hər şeyi edir”.

Ərdoğan münaqişənin diplomatik yolla həllinin zəruriliyini bəyan edib, həmçinin Türkiyənin danışıqlar üçün platforma olmağa hazır olduğunu deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.