“Ukrayna Silahlı Qüvvələri hər gün orta hesabla 28 kvadratkilometr ərazi itirir”.
Azpost.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib.
“Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə daxil olmasının məqsədi rus qoşunlarını Donbasdakı hücumdan yayındırmaq olub. Ancaq şükür Allaha, gücümüz kifayət qədərdir, qoşunlar irəliləməkdə davam edir. Hər gün Ukrayna Silahlı Qüvvələri orta hesabla 28 kvadratkilometr ərazi itirir”, – Şoyqu qeyd edib.
Azpost.info