Ukrayna polisindən qəfil əməliyyat –Rusiyaya bağlı “qanuni oğru” saxlanıldı (FOTOLAR)

Ukraynanın Odessa şəhərində gürcü əsilli “qanuni oğru” Mindiya Qoradzenin (Lavasoğlu Batumski) tutulması üçün əməliyyat keçirilib.

Azpost.info xəbər verir ki, əməliyyat nəticəsində Qoradze və onun yaxın ətrafına daxil olan 4 kriminalitet saxalnılıb.

Qoradze Odessanın kriminal mühitinə nəzarət edirdi. Lakin Ukrayna polisini narahat edən “qanuni oğru”nun Odessadakı nüfuzu yox, onun Rusiyanın bir nömrəli “qanuni oğru”su hesab edilən Zaxari Kalaşovla (Şakro Molodoy) əlaqələri idi. Çünki Şakro Molodoy Rusiyanın Ukraynaya təcavüzünü dəstəkləyir. O, həmçinin məhkumların Ukrayna ilə müharibədə iştirakına xeyir-dua verib. Lavasoğlu Batumskinin Şakro Molodoyla sıx əlaqələrinin olması onun Odessada Rusiyanın xeyrinə hansısa addımlar ata biləcəyinə dair şübhələr yaradıb.

Zaxari Kalaşovun Qoradzedən Rusiyanın xeyrinə yararlanmaq istədiyi barədə də iddialar var. Görünür, Ukraynanın güc strukturları bu planı bildirklərindən preventiv tədbirlər görümək məcburiyyətində qalıblar.

Məsələnin maraqlı tərəfi odur ki, Qoradze fevralın ayının əvvəlində Albaniyada saxlanılmışdı. Onun Gürcüstana ekstradisiya olunacağı bildirilirdi. Amma indi “qanuni oğru”nun səsi Odessadan gəlir. Ümumiyyətlə isə Lavasoğlu Belarusun kriminal mühitinə cavadeh kriminalitet kimi tanınırdı. Onun birdən-birdən Ukrayanaya keçməsi və Odessa kimi kriminal şəhərdə təşəbbüsü ələ alması təsadüfi hesab edilmir.

Ukrayna Milli Polisinin yaydığı məlumata görə, hazırda Odessada kriminal dünyanın sakinlərinin Lavasoğlu Batumskinin ətrafında cəmləşməsinin qarşısının alınması istiqamətdə tədbirlər görülür. Lavasoğluya gəlincə, o, güman ki, deportasiya ediləcək. Amma “qanuni oğru”nun uzun müddətli həbsə göndəriləcəyi də istisna edilmir.

Hüseyn

Əvvəlki məqalə

Səlim Müslümovun məhkəməsi 37 günlük təxirə salınıb

Sonrakı məqalə

“Onun arxasında duranlar başa düşdü ki…” –