Ukrayna Qara dənizdə Rusiyanın qaz platformasını vurub

Ukrayna Qara dənizdə Rusiyanın GPS saxtakarlığı üçün istifadə etdiyi qaz platformalarından birini vurub.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin rəsmisi Dmitri Pletençuk məlumat verib.

“Düşmən platformaya texnika və hərbi qulluqçu atdı. Orada dinc sakin yox idi. Platforma standart funksionallığı yerinə yetirmirdi”, o qeyd edib.

Ukraynalı jurnalist Andrey Tsaplienko bildirib ki, söhbət Rusiya Silahlı Qüvvələrinin nəzarətində olan qaz qüllələrindən biri – “Sivaş№” və ya “Pyotr Qodovanets”dən gedir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.