“Ukrayna qoşunları Kurskdan mütləq çıxarılacaq”- PUTİN

Rusiya prezidenti Vladimir Putin “birbaşa xətdə” Kursk vilayətinin nə vaxt azad ediləcəyi ilə bağlı sualı cavablandırarkən bildirib ki, Ukrayna qoşunları oradan mütləq çıxarılacaq və yaşayış məntəqələri bərpa olunacaq.

“Heç bir şübhə yoxdur. Onların nə vaxt çıxarılacağıilə bağlı konkret bir tarix vermək istəmirəm. Uşaqlar döyüşür”, – Putin deyib.

Putinin sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin bölgədə qalmasının mənası yoxdur.

“Hərbi mənada Ukrayna Silahlı Qüvvələrinin orada qalmasının mənası yoxdur. Biz onları mütləq çıxaracağıq”, – Rusiya lideri söz verib.

Azpost.info

Əvvəlki məqalə

Tovuzda məktəbdə 55 nəfər zəhərləndi

Sonrakı məqalə

Əsl “namərdlik” ABŞ-ın “məşhur” qurumlarının yalanı həqiqət kimi göstərməsidir –