Rusiyanın hərbi aerodromuna dron hücumu olub- Ölən və yaralananlar var

Bu gün səhər saatlarında Rostov vilayətindəki Morozovsk hərbi aerodromuna hücum nəticəsində Ukrayna dronları Rusiyanın 6 təyyarəsini məhv edib.

Azpost.info xəbər verir ki, bu barədə Ukrayna təhlükəsizlik qüvvələrindəki mənbələr bildiriblər.

Onlar daha 8 təyyarənin ciddi şəkildə zədələndiyini bildiriblər. Həmçinin hücum nəticəsində 20 rus əsgəri ölüb və ya yaralanıb.

“RBC-Ukrayna” yazır ki, hərbi aerodroma pilotsuz təyyarə hücumu Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib. Mənbənin sözlərinə görə, cəbhə xəttində yerləşən Su-24, Su-24M və Su-34 qırıcıları son vaxtlar cəbhə xətti boyunca, o cümlədən cəbhə xəttində yerləşən Ukrayna şəhərlərinə hücum üçün fəal şəkildə istifadə olunan aerodromda yerləşdirilib.

Rusiya Müdafiə Nazirliyi aprelin 5-nə keçən gecə Rostov vilayəti səmasında Ukraynaya məxsus 44 pilotsuz təyyarənin vurulduğunu açıqlayıb. Rostov vilayətinin qubernatoru Vasili Qolubev hərbi aerodromun yerləşdiyi Morozovski rayonunda hava hücumundan müdafiə sisteminin 40-dan çox hədəfinin məhv edildiyini deyib. Nə Müdafiə Nazirliyi, nə də qubernator aerodromun özünə hücumu qeyd edib. Lakin Qolubev bildirib ki, pilotsuz təyyarədən partlayıcı qurğunun düşməsi nəticəsində aerodrom yaxınlığında səkkiz nəfər yaralanıb.

Müstəqil mənbələr aerodroma hücumlar, Rusiya təyyarələrinin məhv edilməsi və ya zədələnməsini hələlik təsdiqləməyib. Aviasiya ilə əlaqəli Z-kanal iddia edir ki, Ukrayna pilotsuz təyyarələrinin 90 faizi havada vurulub.

Morozovsk yaxınlığındakı aerodrom bundan əvvəl bir dəfə də – 17 dekabr 2023-cü ildə dronlarla hücuma məruz qalıb. Həmin vaxt ən azı bir təyyarə zədələnib.

Azpost.info

Əvvəlki məqalə

Qaradağ və Salyanda yerləşən bu torpaq sahəsi Ələt iqtisadi zonasına verilib –

Sonrakı məqalə

“Valideynin işsiz olması onu aliment ödəməkdən azad etmir” –