Ukrayna rus qazının tranzitini dayandırmağa hazırlaşır –Moskva ilə danışıqlar alınmır

Ukraynanın neft şirkəti “Naftoqaz” Rusiya ilə apardığı yeni saziş müqaviləsini razılaşdıra bilmir.

Azpost.info bildirir ki, şirkətin icraçı direktoru Yuri Vitrenko sosial şəbəkədə yazdığı qısa şərhində bildirib ki, “Naftoqaz”  rus qazının Ukrayan ərazsindən tranzitini dayandırmağa hazırlaşır.

Brüsseldə bununla bağlı Rusiya və Avropa Komissiyasının iştirakı ilə danışıqlar aparılıb.

Vitrenko bildirib ki, tərəflər danışıqlar aparmaq üçün razılğa gələ bilməyiblər. Hazırkı müqavilənin vaxtı isə bitmək üzrədir.

Qeyd edək ki, bu ilin dekabrında “Qazprom”la  “Naftoqaz” arasında qazın tranziti ilə bağlanmış müqavilənin vaxtı bitir. Kiyev və Brussel yeni uzunmüddətli müqavilənin 10 il müddətinə bağlanmasını istəyir. Moskva isə köhnə sazişi daha bir il uzatmağı təklif edir.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycana mal idxal edən ölkələrin ilk “üçlüyü” –

Sonrakı məqalə

“Yeddi yüz min azərbaycanlı Rusiya vətəndaşlığını alıb” –