Ukrayna Rusiya ilə danışıqlar üçün şərtini açıqlayıb

Ukrayna Rusiya ilə danışıqlar üçün şərtlərini açıqlayıb.

Azpost.info-nun məlumatına görə, prezident Vladimir Zelenskinin müşaviri Mixail Podolyak “Strana” nəşrinə bildirib ki, bu şərtlər beynəlxalq hüquqa əsaslanmalıdır.

“Danışıqlar, əlbəttə ki, lazımdır. Lakin Ukrayna açıq şəkildə deyir: gəlin, bir konsepsiya olaraq beynəlxalq hüquqa əsaslanan şərtlərlə danışıqlar aparaq“, – Ukrayna hakimiyyətinin nümayəndəsi bildirib.

Bir gün əvvəl  Zelenski Kiyevin müvafiq ölkələrlə ərazi bütövlüyü məsələlərinin ətraflı müzakirəsinə başlayacağını bildirib. O deyib ki, noyabrın sonuna kimi isə belə müzakirələr sayəsində sülhün bərqərar olması üçün fəaliyyət planı hazırlanacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.