Ötən gecə hava hücumundan müdafiə qüvvələri Rusiyanın bir sıra regionları üzərində Ukraynaya məxsus 75 PUA-nı vurub.
Azpost.info bildirir ki, Rusiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, onlardan 17-si Qara və Azov dənizləri üzərində məhv edilib.
“Hava hücumundan müdafiə sistemləri Rostov üzərində qırx yeddi, Belqorod üzərində bir, Voronej üzərində bir, Smolensk vilayətləri üzərində bir və Krasnodar diyarı üzərində səkkiz PUA, həmçinin Qara və Azov dəniz suları üzərində on yeddi PUA-nı ələ keçirdi və məhv edib”, – xəbərdə deyilir.
Ukraynaya məxsus PUA -nın qalıqlarının Tuapsedəki neft emalı zavoduna düşməsi nəticəsində yanğın baş verib.
İnfrastruktura ziyan dəyib. Krasnodar diyarının Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə yerində 31 yanğınsöndürmə texnikası və 91 nəfər işləyir.