Ukrayna Rusiyadan Avropya neft və qaz tranzitini dayandırır –Zelenskinin Ofisindən AÇIQLAMA

Ukrayna 2025-ci ildən Rusiyadan Avropaya neft və qaz tranzitini dayandıracaq.

Azpost.info bildirir ki, bu barədə prezident Zelenskinin Ofisinin rəhbərinin müşaviri Podolyak bildirib

O deyib ki, 2025-ci il yanvarın 1-dən Slovakiya, Çexiya və Macarıstan kimi ölkələrin Rusiya neftini aldığı “Drujba” neft kəməri fəaliyyətini dayandıracaq.

Podolyakın sözlərinə görə, indi Avropa Azərbaycan və ya Qazaxıstan qazından istifadə edə bilər. Əgər müvafiq logistika və hüquqi baza olarsa, Ukrayna onu tranzit etməyə hazırdır.

“2025-ci il yanvarın 1-dən etibarən Slovakiya, Çexiya və Macarıstan kimi ölkələrin Rusiya nefti aldığı “Drujba” neft kəməri fəaliyyətini dayandıracaq. Rusiya neftinin Ukrayna üzərindən daşınması qaza da aiddir”-deyə o bildirib.

Əvvəlki məqalə

Göygöldə 4 nəfər dərmandan zəhərlənib, 9 yaşlı uşaq ölüb

Sonrakı məqalə

Çinin dövlət bankları Rusiya ilə əməliyyatları kütləvi şəkildə dayandırır –