Ukrayna Rusiyanın Krımdakı kosmik rabitə mərkəzinə zərbə endirib

Ukrayna ordusu bazar günü ilhaq edilmiş Krımda kosmik rabitə mərkəzinə zərbələr endirib.

Azpost.info bildirir ki, bu barədə BBC radiosu Ukrayna və xarici mənbələrə əsasən məlumat yayıb.

Ukrayna mətbuatının məlumatına görə, hücum səkkiz ATACMS raketi ilə həyata keçirilib. Ukrayna teleqram kanalları yerli sakinlərə istinadən bazar günü axşam saatlarında məlumat yayıblar. Lakin zərbənin nəticələri barədə məlumatı olmayıb.

Bazar ertəsi səhər Ukraynanın “Krım küləyi” teleqram kanalı Krımın şimal-qərbindəki Vitino şəhərindəki mərkəzdə baş verdiyi iddia edilən gecə yanğınının videosunu dərc edib.

“Defense Express” NASA-nın kosmik rabitə mərkəzinin iki yerində yanğınları əks etdirən peyk şəkillərini dərc edib. Nəşr xatırladır ki, bu mərkəz “40-cı əlahiddə komanda-ölçü kompleksi”, NİP-16 və 81415 saylı hərbi hissə kimi tanınır. Artıq ukraynalılar bu əraziyə zərbələr endiriblər. Son zərbələr nəticəsində mərkəzə nə qədər ziyan dəydiyi barədə hələlik dəqiq məlumat yoxdur.

“Əgər NIP-16 kosmik izləmə və rabitə mərkəzi həqiqətən də qismən məhv edilibsə, deməli, Rusiya bununla da kosmik rabitə sahəsində imkanlarının bir hissəsini itirib. Bundan əlavə, bu mərkəz Rusiya hərbi və mülki peyklərinə nəzarət üçün çox vacibdir. Mütəxəssislərin fikrincə, nasazlıqlar Rusiya ordusunun raketləri hədəfə yönəltmək qabiliyyətinə təsir edə bilər”, – “Bild” yazır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.