“Ukrayna silah çatışmazlığına görə partizan müharibəsi taktikasına keçə bilər”- “Bloomberg”

“Ukrayna ordusu ABŞ və Avropa İttifaqı ölkələrindən gələn yardımın azalması səbəbindən partizan müharibəsi taktikasına keçmək məcburiyyətində qala bilər”.

Azpost.info xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

“Ukrayna prezidenti Vladimir Zelenski ABŞ Konqresinin üzvləri ilə qapalı görüşdə çıxış edərkən müvafiq bəyanatla çıxış edib. O bildirib ki, ABŞ və onun avropalı müttəfiqlərinin yardımı azaldıqca partizan müharibəsinə müraciət etmək məcburiyyətində qala bilər. Zelenski həmçinin çağırışçı çatışmazlığı səbəbindən yaşı 45-dən yuxarı olan kişilərin hərbi xidmətə çağırılacağına söz verib”, – agentlik qeyd edir.

ABŞ Konqresinin üzvləri Zelenskini ötən dəfəkindən daha soyuqqanlı qəbul ediblər. Agentliyin analitiklərinin fikrincə, bu, amerikalı siyasətçilərin Ukraynanın əks-hücumunun nəticələrindən narazı olması ilə bağlıdır. Kiyevin milyardlarla dollar dəyərində silah-sursatla təmin olunmasına baxmayaraq, Ukrayna ordusu Rusiyanın müdafiə xəttini bir dəfə də keçə bilməyib.

Azpost.info

 

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.