Ukraynada raketlə vurulmuş ticarət mərkəzində yaralanan və ölənlərin sayı açıqlandı

Rusiyanın Ukraynanın Kremençuk şəhərindəki ticarət mərkəzinə raket zərbəsi nəticəsində ən azı 20 nəfər xəsarət alıb. 

Azpost. info bildirir ki, bu barədə Ukrayna Prezidentinin Ofisinin rəhbərinin müavini Kirill Timoşenko məlumat verib.

“Bu dəqiqəyə olan məlumata görə, 20 nəfər yaralı var. Onlardan 9 nəfəri ağır yaralanıb. Artıq 2 nəfərin həlak olduğu təsdiqlənib”-deyə o yazıb.

Timoşenko xilasetmə əməliyyatının davam etdiyini bildirib.

 

Əvvəlki məqalə

İlham Əliyev və Putin iki gündən sonra Aşqabadda görüşəcək –

Sonrakı məqalə

“Elçibəyi Heydər Əliyevi çağırmağa mən inandırdım” –