Ukraynada Rusiyanın məşhur teleaparıcısı barədə həbs qərar çıxarılıb

Ukrayna məhkəməsi Rusiyanın tanınmış teleaparıcısı və media meneceri Tina Kandelaki haqqında qiyabi həbs qərarı çıxarıb. 

Azpost.info bildirir ki, bu barədə Ukraynanın Baş prokuroru İrina Venediktova bildirib. Kandelakinin beynəlxalq axtarışa verilməsi planlaşdırılır.

Baş Prokuror deyib ki, Kandelaki cinayət törətmədə şübhəli şəxs sayılır. Kandelakiyə qarşı cinayət məcəlləsinə əsasən ölkənin konstitusiyalı quruluşunu zorla dəyişdirmək, hakimiyyəti ələ keçirmək, Ukraynanın dövlət sərhəddini və ərazisini dəyişdirmək ittihamı irəli sürülüb.

Bundan əvvəl tanınmış Rusiya estrada müğənnisi Oleq Qazmanova və kinorejissor Nikita Mixalkov haqqında da analoji qərar verilib.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“NATO Ukraynada hava məkanını bağlamayacaq” –

Sonrakı məqalə

Rusiya sükut rejimi elan etdi –