“Ukraynada vəziyyət Cənubi Koreyaya görə pisləşə bilər”- İlon MASK

Ukrayna münaqişəsi ilə bağlı vəziyyət Cənubi Koreyaya görə pisləşə bilər.

Azpost.info xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask X sosial şəbəkəsində yazıb.

Mask bunu Seulun Ukrayna böhranı ilə bağlı mövqeyini sərtləşdirə biləcəyi ilə bağlı xəbərləri şərh edərkən deyib.

Qeyd edək ki, Şimali Koreya hərbçilərinin xüsusi əməliyyat zonasına göndəriləcəyi ilə bağlı xəbərlərdən sonra Cənubi Koreya Ukrayna böhranı ilə bağlı mövqeyini sərtləşdirəcəyini bəyan edib. Hətta ölkənin Ukraynaya hərbi mütəxəssislər göndərəcəyi də bildirilir.

Azpost.info

Əvvəlki məqalə

SOCAR-dan Neft Emalı Zavodundakı yanğınla bağlı açıqlama

Sonrakı məqalə

Babək prospektində köməkçi yolda ağac aşıb