Rusiya prezidenti Vladimir Putin hesab edir ki, hazırda Ukraynada yeganə legitim hökumət Ali Rada və onun spikeridir.
Dövlət başçısının sözlərinə görə, Ukrayna Konstitusiyası yalnız Radanın səlahiyyətlərinin genişləndirilməsini nəzərdə tutur və Ukrayna prezidentinin səlahiyyətlərinin uzadılması barədə heç nə deyilmir.
Putinin sözlərinə görə, hərbi vəziyyətə görə prezident seçkilərinin ləğvi Vladimir Zelenskinin səlahiyyət müddətinin avtomatik uzadılması demək deyil. Ukrayna Konstitusiyasının 111-ci maddəsində deyilir ki, hərbi vəziyyət şəraitində parlamentin səlahiyyətləri genişləndirildiyi üçün ali hakimiyyətin səlahiyyətləri parlamentin spikerinə verilir.
Putin əmindir ki, Ukraynanın dövlətçiliyi prezidentliyə deyil, parlamentarizmə əsaslanır. “Ukraynada prezident seçkilərinin keçirilməsi üçün hakimiyyət hərbi vəziyyəti ləğv etməlidir”-, Rusiya lideri əlavə edib.
Xatırladaq ki, Ukraynada hərbi vəziyyət 2022-ci il fevralın 24-dən sonra tətbiq edilib. 25 may 2024-cü ildə prezident Zelenski özünün legitimliyini müzakirə edərkən milli qanunlara istinad etməyi tövsiyə edib.
Azpost.info