Ukraynadakı vəziyyəti Rusiya və Türkiyə nazirləri müzakirə ediblər

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə türkiyəli həmkarı Hulusi Akar Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il mayın 2-də Rusiya Federasiyasının müdafiə naziri, ordu generalı Sergey Şoyqu ilə Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar arasında telefon danışığı olub. Danışıqlar zamanı Ukraynadakı mövcud vəziyyət, o cümlədən humanitar məsələlər müzakirə olunub”, – nazirlikdən bildirilib.

Əvvəlki məqalə

Rusiya millisi Millətlər Liqasından kənarlaşdırılıb

Sonrakı məqalə

Bakıda 2 yaşlı uşaq 7-ci mərtəbədən yerə düşüb