“Ukraynadan üzr istəməyəcəyik” –"Fənərbaxça"nın prezidenti

“Fənərbaxça”nın prezidenti Ali Koç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə cavab matçında (1:2) İstanbul klubunun azarkeşlərinin “Vladimir Putin” şüarını səsləndirməsinə münasibət bildirib.

Qol.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, bu hərəkətə görə Ukraynadan üzr istəməyəcəklərini  deyib: “Ukraynadan üzr istəməyəcəyəm. Ukrayna səfirinin dediklərindən sonra o, bizdən üzr istəməlidir. Mediada hər məsələmizə qarışan rəqib komandanın azarkeşlərindən təsirlənirsiniz.

Bir camiə var ki, rəhbərliyi, prezidenti kim olursa olsun, bizim tərəfə müdaxil etməkdən çəkinmirlər. Hər məsələmizə qarışırlar. Biz parçalanmaya deyil, birləşdirməyə köklənmişik. Bu ölkəni parçalamağa çalışan o qədər ünsur var ki, futbol bunun başında gəlməməlidir”.

Qeyd edək ki, “Fənərbaxça” azarkeşləri “Dinamo” ilə cavab matçında rəqib komandanın qolundan sonra “Vladimir Putin” şüarı səsləndiriblər. Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar azarkeşlərin bu hərəkətinə münasibət bildirib. O, “Fənərbaxça” azarkeşlərinin Ukraynanı bombalayan Rusiyaya dəstək olan sözlər söyləməsindən təəssüfləndiyini vurğulayıb.

Əvvəlki məqalə

Sabaha olan hava proqnozu

Sonrakı məqalə

“Qarabağ” – “Ferentsvaroş” oyununun biletləri satışa çıxarılıb