Ukraynalı əsgərlər arasında kəskin infeksiya yayılıb- 13 nəfər ölüb, 80 nəfərin vəziyyəti ağırdır

Xerson vilayətində Ukrayna Silahlı Qüvvələrinin əsgərləri arasında naməlum mədə-bağırsaq infeksiyası epidemiyası qeydə alınıb.

Azpost.info xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

İlkin məlumatlara görə, artıq 13 hərbçi həlak olub, zabitlər də daxil olmaqla daha 80 nəfərin vəziyyəti ağırdır.

“Odessadan olan tibb işçiləri Ukrayna Silahlı Qüvvələrinin Xerson vilayətinin Dnepr çayının sağ sahilində yerləşən 123-cü briqadasına göndərilib. Briqadanın şəxsi heyəti arasında naməlum mədə-bağırsaq infeksiyasına yoluxma halları qeydə alınıb”, – məlumatda deyilir.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.