Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanı uzaqmənzilli silah sistemləri ilə təmin etməyi tələb edib.
Azpost.info xəbər verir ki, bu barədə “Tagesspeigel” yazır.
Eyni zamanda, Berbok xatırladıb ki, Fransa və Böyük Britaniya artıq Kiyevi analoji mərmilərlə təmin edir.
“İndi nəhayət, tərəfdaşlarımızın artıq gördükləri işləri yerinə yetirmək üçün güc tapmağın vaxtıdır”, – Almaniya XİN başçısı bildirib.
Azpost.info