“Ukraynanın bütün şəhərlərinə hücum dalğası olacaq” –Kadırov Putinin əmrini açıqladı

Çeçenistan lideri Ramzan Kadırov Rusiya Silahlı Qüvvələrinin Ukraynanın bütün şəhərlərinə hücum planlaşdırdığını bildirib.

Azpost.info xəbər verir ki, o, bu barədə “Telegram” kanalında yayımlanan videomüraciətində bildirib.

Onun sözlərinə görə, Silahlı Qüvvələr şəhər, kənd və digər yaşayış məntəqələrini nasistlərdən azad etmək üçün hücuma keçəcək: “Vəzifələr aydındır və biz artıq konkret şəkildə işləməyə başlayırıq. Təkcə Mariupolda deyil, bütün digər qəsəbələrdə, şəhərlərdə və kəndlərdə hücum dalğası olacaq. Amma biz ilk növbədə Luqansk və Donetski tamamilə azad edəcəyik. Bu vəzifəni ali baş komandan qoyub”.

Kadırov bildirib ki, Kiyevdən uzaqlaşmaq Rusiyanın Ukraynaya güzəşti kimi qəbul edilməməlidir: “Sizi əmin edə bilərəm ki, Kiyev ali baş komandanımızın irəli sürdüyü bütün öhdəlikləri yerinə yetirməsə, müharibə dayanmayacaq. Biz onları bitirmişik, hətta sağ olanlar da mənəvi cəhətdən ölüdürlər”.

Azpost.info

Əvvəlki məqalə

İki gün ərzində 126 cinayət “isti izlərlə” açılıb –

Sonrakı məqalə

Prezident İlahiyyat İnstitutunun binasının açılışında iştirak edib