“Ukraynanın enerji obyektlərinə hücumlardan imtina ilə bağlı razılaşma olmayıb”- PESKOV

Rusiya ilə Ukrayna arasında Türkiyə ilə vasitəçilik yolu ilə enerji obyektlərinə hücumlardan imtina etmək barədə dəqiq razılaşmalar olmayıb.

Azpost.info xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

Peskov bildirib ki, hazırda Ukrayna Silahlı Qüvvələrinin Kursk yaxınlığında əməliyyatı səbəbindən razılığın əldə olunmasını təsəvvür etmək çətindir.

“Rusiyanın əsas vəzifəsi xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaqdır. Xüsusi əməliyyat davam edir, çünki bütün tapşırıqları yerinə yetirmək üçün başqa alternativ yoxdur”, – Peskov qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

Bakı, Sumqayıt və Abşeron üzrə sentyabr ayının pensiyaları ödənilib

Sonrakı məqalə

“Ukrayna ordusunu Kursksdan çıxarmayana qədər danışıqlar aparmayacağıq”