Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib

Ukraynada sutka ərzində ikinci dəfə hava hücumu xəbərdarlığı elan edilib.

Silahlı Qüvvələrin Hərbi Hava Qüvvələri Komandanlığı raketin Kirovoqrad vilayətində şimal-qərbə doğru atıldığı barədə məlumat verib.

İlkin olaraq Dnepropetrovsk, Kirovoqrad və Nikolayev vilayətlərində yerli vaxtla saat 13:10-da hava hücumu xəbərdarlığı elan edilib. 15 dəqiqədən sonra – Kiyevdə və digər bölgələrdə də xəbərdarlıq olub.

Bazar günü səhər saatlarında Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib və bu, təxminən bir saat davam edib. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.