ABŞ prezidentliyinə namizəd Kamala Harris Ukraynanın müharibədə qələbəsini təmin etmək üçün prezident Vladimir Zelenski ilə əməkdaşlığı davam etdirəcəyini və Ukraynanın azad, demokratik və müstəqil dövlət olaraq qalacağını bəyan edib.
Azpost.info xəbər verir ki, o bu barədə Zelenski ilə Ağ Evdə mətbuata birgə bəyanatlar verərkən bildirib.
Harris xüsusilə qeyd edib ki, onun Ukrayna xalqına dəstəyi sarsılmazdır. O, artıq Zelenski ilə altı dəfə görüşdüyünü və mövqeyini dəyişmədiyini xatırladıb.
“Mən Ukraynanın tərəfində olmağa davam edəcəyəm və bu müharibədə Ukraynanın qələbəsini təmin etməyə çalışacağam”, – Harris bildirib.
Vitse-prezident qeyd edib ki, Birləşmiş Ştatlar təhlükəsizlik, müdafiə və rifah üçün qlobal lider kimi uzunmüddətli rolunu davam etdirməlidir.
“Biz müttəfiqlərimizin və tərəfdaşlarımızın yanında olmalıyıq. Demokratik dəyərlərimizi müdafiə etməli və təcavüzkarlara qarşı durmalıyıq”, – Harris deyib.
O əlavə edib ki, Birləşmiş Ştatlar beynəlxalq nizam, qaydalar və normaların müdafiəsinə qalxmalıdır. Və bu prinsiplərin hər biri Ukraynada təhlükə altındadır. Buna görə də Ukraynanın mübarizəsi ABŞ-dakı insanlar üçün önəmlidir.
Azpost.info