Ukraynaya ən çox silah göndərən ilk 5 ölkə- SİYAHI

Fransa Ukraynaya silah tədarükündə Qərb ölkələri arasında sonuncu yerdədir.

Azpost.info xəbər verir ki, bu barədə “L’Opinion” qəzeti yazıb.

Paris Kiyevə 500 milyon avro dəyərində silah göndərib, hərbi təchizatda birinci yerdə olan Vaşinqton isə buna 43,9 milyard avro xərcləyib.

İlk beşliyə həmçinin Almaniya (17,1 milyard avro), Böyük Britaniya (6,6 milyard avro), Norveç (3,6 milyard avro) və Danimarka (3,5 milyard avro) daxildir.

Qəzet Ukraynaya silah tədarükü ilə bağlı artan çətinliklərə də işarə edib. Qeyd olunub ki, xüsusən də silahların uyğunluğu problemi tədarüklərə mane olur.

Azpost.info

Paylaş

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.