“Ukraynaya nüvə hücumu olarsa, güclü hərbi cavab veriləcək. Lakin bu cavab nuvə silahı ilə olmayacaq”.
Azpost.info xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Jozep Borrel deyib.
Fransa prezidenti Emmanuel Makron da “France 2” telekanalına müsahibəsində bildirib ki, Rusiya nüvə zərbəsi endirərsə, Paris Moskvaya qarşı eyni silahdan istifadə etməyəcək.
“Bizim doktrinamız xalqın köklü maraqlarına əsaslanır və onlar çox aydın şəkildə müəyyən edilib”, – Fransa lideri qeyd edib.
Azpost.info