“”Ukraynaya qoşun göndərilsə, Vaşinqton, London və Parisə nüvə zərbəsi endirəcəyik” –Medvedev

“Qərbin Ukraynaya qoşun yeritməsi qlobal fəlakətə gətirib çıxaracaq”.

Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” kanalında yazıb.

Medvedev əlavə edib ki, Qərb ölkələrinin liderləri bu halda “nə Kapitoli təpəsində, nə Yelisey sarayında, nə də Dauninq-stritdə gizlənə bilməzlər”.

Medvedevin qənaətinə görə, bu halda baş verəcək böyük fəlakətə görə Avropa cavabdeh olacaq.

“Yeri gəlmişkən, Kennedi və Xruşşov bunu 60 ildən çox əvvəl başa düşə biliblər. Amma Qərbdə hakimiyyəti ələ keçirmiş indiki axmaqlar sadəcə başa düşmək istəmirlər”, – Medvedev vurğulayıb.

Xatırladaq ki, bundan bir qədər əvvəl Rusiyanın Müdafiə Nazirliyi yaxın vaxtlarda nüvə silahının da sınaqdan keçirilməsinin nəzərdə tutan təlimlərin başlayacağını açıqlayıb.

Əvvəlki məqalə

Erkən nikahın fəsadları divar rəsmləri ilə göstərilir

Sonrakı məqalə

Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm