Ülvi Həsənli və Sevinc Vaqifqızının həbs müddəti uzadılıb

“Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanının təqdimatına baxılıb.

Xətai rayon Məhkəməsində keçirilən prosesdə hər iki şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb.

Qeyd edək ki, ötən il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, noyabrın 23-də isə direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də isə saytının əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, yanvarın 13-də saytının əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs qərarı verilib.

Əvvəlki məqalə

Fransada polis zorakılığı və etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə bizi narahat edir

Sonrakı məqalə

Avropa Parlamentinə hansı partiyalar nə qədər mandat qazanıb?