Ülvi Həsənli cinayət məsuliyyətinə cəlb edilib

 “Abzas Media” saytının direktoru Ülvi Həsənli cinayət məsuliyyətinə cəlb edilib.

Bu barədə “Qafqazinfo”ya onun vəkili Zibeydə Sadıqova məlumat verib.

Vəkil deyib ki, Ülvi Həsənli barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Hazırda ilkin istintaq hərəkətləri aparılır.

Qeyd edək ki, Ü.Həsənli ötən gün səhər xaricə yola düşərkən saxlanılıb. Onun ofisində axtarış zamanı 40 min avro pul aşkar edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.