Ümumdünya Səhiyyə Təşkilatı koronavirusun üçüncü dalğası barədə xəbərdarlıq edib

23 Noyabr 2020 - 09:46

Hazırda Avropa ölkələri lazımi infrastrukturu qurmasalar, gələn ilin əvvəlində onları koronavirusun üçüncü dalğası gözləyir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndəsi Devid Nabarronun xəbərdarlıq edib.

Bildirib ki, Avropa koronavirusun birinci dalğasını nəzarət altına almağı bacarıb, ancaq ikincinin qarşısını ala bilməyib. “Onlar yay aylarında lazımi infrastrukturu qurmaq imkanını qaçırdılar”, – deyə D.Nabarro qeyd edib.

ÜST rəsmisi həmçinin vurğulayıb ki, Qərbi Avropa ölkələri qarşısında yenidən virusu nəzarət altına almaq vəzifəsi dayanır.