Moskvada çoxmərtəbəli binanın mənzilində qonşu tualet qapısını açarkən az qala huşunu itirsin. Unitazdan çıxan ilan onu qorxuya salıb.
Azpost.info bildirir ki, bu barədə BAZA teleqram kanalı məlumat yayıb.
Yeliseyskaya küçəsində yerləşən evin sakinini ayaqyolunda gördüyü çəhrayı boa ilanı şoka salıb.
Hay-küydən sonra məlum olub ki, digər mənzildə ilan saxlayan qonşu terrariumu yuyan zaman ilan qaçıb. İlan sürünərək borunun içi ilə qonşunun tualetinə gəlib çıxıb.