“Uşaq haqqında nə demişəmsə, düz demişəm” –İşdən çıxarılan baş həkimdən AÇIQLAMA

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi, Əməkdar həkim Ağahəsən Rəsulov Səhiyyə naziri Teymur Musayevin əmri ilə işdən azad olunub.  A.Rəsulovun Əmək Məcəlləsinə əsasən, yaş həddi ilə əlaqədar olaraq tutduğu vəzifədən azad olunduğu açıqlanıb.  

Azpost.info bildirir ki, Ağahəsən Rəsulov  Bizim.Media-ya açıqlamasında o, vəzifədən azad olunduğunu təsdiqləyib: “Səbəbini yaxşı olar ki, Səhiyyə Nazirliyindən soruşun. Bu barədə mən danışmaq istəmirəm”.

Vəzifədən azad olmasının Xətai rayonundakı  3 saylı uşaq evinin yeniyetmə sakini Məhəmməd Hacıyevlə bağlı olub-olmdadığı barədə suala isə Ağahəsən Rəsulov belə cavab verib:  “Mən uşaq haqqında nə demişəmsə, düz demişəm. Burda nə var ki, Məhəmməd Hacıyev haqqında dediklərimi yenə də təkrarlaya bilərəm ”.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.