ÜST:

"Azərbaycanın koronavirusla bağlı gördüyü işlər öz müsbət təsirini göstərir"
24 Aprel 2020 - 14:14

“Bu günə qədər Azərbaycanda koronavirusa yoluxanların sayı 1 548 nəfər təşkil edib. Onlardan 948 nəfər sağalıb. İndiyədək ölkədə 20 ölüm halı qeydə alınıb”.

“Report” xəbər verir ki, bu fikirləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı keçirdiyi online brifinqdə deyib.

ÜST rəsmisi bildirib ki, hazırda Qərbi Avropada pandemiya ilə bağlı vəziyyət sabitdir və yoluxma sayı azalıb.

H.Harmancı vurğulayıb ki, Azərbaycanın bu sahədə gördüyü işlər öz müsbət təsirini göstərir: “Bu, əsasən özünü sağalma sayının çoxluğunda göstərir”.