ÜST maskaların istifadəsinə dair təlimatını yeniləyib- DETALLAR

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 virusuna nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib.

ÜST-ün Azərbaycan nümayəndəliyindən APA-ya bildirilib ki, bu təlimat yeni əldə olunmuş sübutlara əsaslanır.

Bununla ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə üz maskaları taxmağı tövsiyə edib.

Təlimatda səhiyyə müəssisələrində işləyən bütün işçilərin maska taxmalı olduğu bildirilib. Həmçinin 60 yaşdan yuxarı və sağlamlıq problemləri olan insanlara ictimai yerlədə olarkən və sosial məsafənin mümkün olmadığı yerlərdə tibbi maska taxması tövsiyə olunub.

ÜST hökumətlərə ictimai nəqliyyatda, mağazalarda, digər qapalı və ya izdihamlı mühitdə xalqa maska taxmağı təşviq etmələrini və bu yerlərdə üçqat parça maskalardan istifadəni tövsiyə edib.

Təlimata əsasən, belə maskalar yüksək temperaturda tez-tez yuyulmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Sülhəddin Əkbərin agent siyahısında Pənah Hüseynlə İsa Qəmbərin adları olub” –

Sonrakı məqalə

Millət vəkili: