ABŞ Donald Trampın andiçmə mərasimindən sonra təşkilatı tərk etmək qərarına gəlsə, Ümumdünya Səhiyyə Təşkilatı illik büdcəsinin dörddə birini itirə bilər.
Azpost.info xəbər verir ki, bu barədə “Politico” yazıb.
Nəşr qeyd edir ki, Tramp ilk prezidentlik dövründə ölkənin təşkilatdan çıxmasına təşəbbüs göstərməyə çalışıb. Qanunvericilik prezidentə Konqresin təsdiqi olmadan ABŞ-ı ÜST-dən çıxarmağa icazə verir, lakin o, faktiki çıxmadan bir il əvvəl qanunvericiləri xəbərdar etməlidir və bu müddət ərzində ölkə öz töhfələrini verməyə davam edəcək.
ABŞ töhfələrinin payı ÜST-nin illik büdcəsinin təxminən dörddə birini təşkil edir ki, bu da son illərdə 816 milyon dollara qədər yüksəlib. Vaşinqton ÜST üçün əsas hökumət donorudur.
Azpost.info