“Üzr istəyirəm”Pentaqon rəhbəri

Xəstəxanaya yerləşdirildiyim barədə ABŞ rəhbərliyinə məlumat verməməklə səhv hərəkət etmişəm.

APA xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Lloyd Ostin mətbuat konfransında bildirib.

“Mən prezidentə, həmkarlarıma və ictimaiyyətə diaqnozum barədə danışmalı oldum. Mən bütün məsuliyyəti öz üzərimə götürürəm və üzr istəyirəm”, – deyə o bildirib.

Müdafiə naziri bildirib ki, o, artıq birbaşa Co Baydendən üzr istəyib.

“Prezident səmimi və lütfkarlıqla cavab verdi və mənə tam etimad göstərdiyini qeyd etdi”, – deyə o əlavə edib.

Yanvarın 1-də Ostin xəstəxanaya yerləşdirilməyi barədə xəbəri gec elan etdiyindən Amerika lideri Co Baydenin əleyhdarları tərəfindən tənqid obyektinə çevrilib.

“Politico” yazır ki, Pentaqon üç gün ərzində Ostinin xəstəxanaya yerləşdirilməsini Ağ Evdən gizlədib.

Əvvəlki məqalə

Yeniyetmə tiktoker “Jalilov”un atası Azərbaycan xalqından üzr istədi

Sonrakı məqalə

Paşinyan Qazaxıstana işgüzar səfərə gedib