Üzümçülük üzrə yeni dövlət standartları qəbul edilib- Detallar

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ГОСТ 32039:2023 “Qida xammalından alınan etil spirti və araq. Qaz xromatoqrafiyası üsulu ilə həqiqiliyin təyini”, AZS ГОСТ 33287:2023 “Şərab və şərab materialları. Yüksək effektivli maye xromotoqrafiyası ilə oxratoksin A-nın tərkibinin təyini”, AZS ГОСТ 32061:2023 “Şərabçılıq məhsulları. Qablaşdırması, markalanması, daşınması və saxlanması” və AZS 942:2023 (ГОСТ 31728-2014) “Konyak distillatları.Texniki şərtlər” yeni dövlət standartları qəbul edilib.

AZSTAND-dan bildirilib ki, yeni dövlət standartları üzümçülük sahəsində qida xammalından alınan etil spirti və araq məhsullarına, həmçinin şərabçılıq məhsullarının qablaşdırması, markalanması, daşınması və saxlanmasına dair tələbləri müəyyənləşdirir. Yeni dövlət standartları “Üzümçülük və şərabçılıq məhsulları”nın standartlaşdırılması üzrə Texniki Komitə (AZSTAND/TK 22) tərəfindən müzakirəyə çıxarılıb və institut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlər Dövlət Fonduna daxil edilib.

Əvvəlki məqalə

Gürcüstan Baş naziri Prezident İlham Əliyevə təbrik məktubu göndərib

Sonrakı məqalə

Ermənistan Zəngilan istiqamətində mövqelərimizi atəşə tutub