Vətən Müharibəsinin iştirakçıları “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi –

SƏRƏNCAM (ADLAR)
29 Dekabr 2020 - 12:16

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında” Sərəncam imzalayıb. 

Sərəncama əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif ediliblər.

https://president.az/articles/49665?fbclid=IwAR3E4-7ugTZK2JHP07lR-8xJtohBuIQpWG2xa7LYEweAr7EDXsGJA8USYVM