“Biz bu gün xaricdən gələnlərin karantində saxlanmasını təmin edirik”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.
Y.Qarayeva deyib ki, xaricdəki vətəndaşların kütləvi surətdə ölkəyə buraxılması və ev şəraitində karantinə alınması ciddi problem yarada bilər: “Buna imkan verilsə, çox ciddi problemlə qarşılaşırıq”.