“Vəziyyət həddən artıq mürəkkəbdir”- ZELENSKİ

Ukrayna Silahlı Qüvvələri üçün cəbhədəki vəziyyət çox çətin olaraq qalır.

Azpost.info xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski videomüraciətində deyib.

O bildirib ki, hər bir ərazidə hərbi komandanlığın hesabatlarını dinlədikdən sonra belə qənaətə gəlib.

Zelenski Ukrayna qoşunlarını bu payızda məqsədlərinə çatmaq üçün mümkün olan hər şeyi etməyə çağırıb: “Cəbhə xəttimiz, imkanlarımız və konkret vəzifələrimiz haqqında məruzələri dinlədim. Vəziyyət həddən artıq mürəkkəbdir. Bu payızda edilə biləcək hər şey edilməlidir. Bu, Ukrayna komandasındakı hər kəsdən asılıdır”.

Zelenski Ramşteyndə keçiriləcək görüşdə Qərb müttəfiqlərinə bütün təfərrüatları və arqumentləri təqdim edəcəyini deyib. O, sammitin nəticələrinin qarşıdakı aylarda cəbhədə nəticələri təmin edəcəyini gözləyir.

Azpost.info

Əvvəlki məqalə

Mərkəzi Bankın valyuta ehtiyatları açıqlanıb

Sonrakı məqalə

“Hizbullah” “Mossad”ın qərargahına raket zərbələri endirib