Vətən müharibəsi ərzində 2 678 kiberhücumun qarşısı alınıb –XDMX

44 günlük Vətən müharibəsinin ilk günlərində DDoS hücumların aktivləşməsi qeydə alınmışdır və bu hücumlar ümumiyyətlə bütün müharibə dövründə aktiv olaraq davam edib.

Bunu Bakıda keçirilən Kibertəhlükəsizlik günü konfransında çıxış edən Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Kritik İnfrastrukturun və İnternetin Təhlükəsizliyi İdarəsinin rəisi Tural Məmmədov deyib.

Onun sözlərinə görə, bu istiqamətdə fişinq hücumları da xüsusi nəzərə çarpıb.

“Dezinformasiya hücumları isə demək olar ki, müharibənin əvvəlindən sonunadək dayanmadan müxtəlif istiqamətlərindən özünü göstərdi. Həm vətəndaşlar, həm də dövlət qurumları hədəfə alınırdı. Dövlət informasiya resurslarına 44 gün ərzində 2 678 kiberhücum cəhdinin qarşısı alındı”, T. Məmmədov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Saakaşvilinin məhkəməsi qarşıdurma ilə başlayıb –

Sonrakı məqalə

Sabah hava yağmursuz olacaq