Vətən Müharibəsinin iştirakçısı olan polkovnik-leytenant qəzada həlak oldu –-FOTO

Gəncədə Vətən Müharibəsinin iştirakçısı, polkovnik-leytenant Şöhrət Namazov avtomobil qəzasında həlak olub. 
Azpost.info bildirir ki, bu barədə hərbi bloqer Tofiq Şahmurdov məlumat verib.
2016-cı il aprel döyüşlərinin və vətən müharibəsi iştirakçısı olan, polkovnik-leytenant Şöhrət Namazov yolu keçərkən onu maşın vurub.

Röyal İsmayılov idarə etdiyi “KİA” markalı minik avtomobili ilə hərəkətdə olan zaman yolu keçmək istəyən 1982-ci il təvəllüdlü Şöhrət Namazovu vurub.

Piyada xəstəxanaya aparılarkən keçinib.

Faktla bağlı araşdırma aparılır.

Polkovnik-leytenant Şöhrət Namazov bu yaxınlarda ordudan ehtiyata buraxılmışdı.
Allah rəhmət eləsin!

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.