“Vəzifədə olduğum müddətdə İranın nüvə silahı olmayacaq”- Tras özünü "İsrailin böyük dəstəkçisi" adlandırdı

“Vəzifədə olduğum müddətdə İran nüvə silahı əldə edə bilməyəcək”.

Azpost.info xəbər verir ki, bunu Britaniyanın Baş naziri Liz Tras deyib.

“Azadlığa və demokratiyaya inanmayan avtoritar rejimlərin təhdidləri ilə üzləşdiyimiz bu dünyada iki azad demokratiya – Böyük Britaniya və İsrail çiyin-çiyinə dayanmalıdır. Gələcəkdə biz daha da yaxın olacağıq. İnanın, Böyük Britaniya və onun müttəfiqləri İranın nüvə silahı əldə etməsinə heç vaxt imkan verməyəcəklər”, – Tras bildirib.

Baş nazir özünü “İsrailin böyük dəstəkçisi” kimi də xarakterizə edib. Tras zəmanət verib ki, London ikitərəfli əməkdaşlığın bir çox məsələsində İsrail tərəfinə hər cür dəstək verəcək.

Qeyd edək ki, bu fikirlər Britaniya Nazirlər Kabineti üzvlərinin İsrailin mühafizəkar partiyalarının nümayəndələri ilə görüşü zamanı səsləndirilib. Görüş barədə “Jewish News” qəzeti məlumat yayıb.

Azpost.info

Əvvəlki məqalə

Leyla xan Xoyski vəfat edib

Sonrakı məqalə

Mətbuat Şurası sədrinin müavinləri seçilib – FOTO