“Vəzifəmiz sərhəddəki qan tökülməsini dayandırmaqdır” –Rusiya Xarici İşlər nazirinin müavini

“Bu çox çətin problemdir. Təəssüflər olsun ki, son günlər vəziyyətin daha da gərginləşdiyini görürük. Biz baş verənlərdən çox narahatıq. Rusiya Xarici İşlər Nazirliyi (XİN) artıq tərəfləri atəşkəsə riayət etməyə, danışıqlara başlamağa çağırıb. Təəssüflər olsun ki, sərhəddə toqquşma davam edir”.

Bunu Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko bildirib.

“Təhlükəli vəziyyət ondan ibarətdir ki, bu bütün regionun təhlükəsizliyinə təsir edə bilər. Dağlıq Qarabağ ətrafında vəziyyət nizamlanmamış olaraq qalır. Həmsədrlər arasında təmaslar gedir. Ümid edirik ki, həmsədrlərin səyləri nəticə verəcək. İndi ilk növbədə vəzifəmiz sərhəddəki qan tökülməsini dayandırmaqdır”, – deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Minlərlə gənc orduda xidmət etmək üçün müraciət edir –

Sonrakı məqalə

Ombudsman Tovuz istiqamətində döyüşlərdə yaralanmış hərbçilərə baş çəkib