“Vəziyyət dəyişməyib, potensial konfliktlər qalmaqdadır”- Lebedev

“Təəssüf ki, MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Rusiyanın Anapa şəhərində keçirilən son görüşündən sonra dünyada vəziyyət dəyişməyib, potensial konfliktlər qalmaqdadır”.

APA-nın xəbərinə görə, bunu MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının Bakıda keçirilən iclasında MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev deyib.

Onun sözlərinə görə, bu hal mövcud strateji təhlükəsizliyə dair əldə olunan nəticələri heçə endirir.

“Bizə tanış ölkələr beynəlxalq münasibətlərdə güc göstərmə siyasətlərindən əl çəkmirlər və kosmik fəzada silah yerləşdirməyə cəhd edirlər”, – deyə S. Lebedev qeyd edib.

O vurğulayıb ki, NATO-nun hərbi infrastrukturunu MDB-nin qərb sərhədlərinə yaxın yerləşdirməsi narahatlıq doğurur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Evdən qaçan 17 yaşlı Əslanə tapıldı:

Sonrakı məqalə

AZƏRBAYCAN ƏDƏBİ DİLİ NECƏ YARANDI? –