Varikozdan əziyyət çəkənlər bu qidalardan uzaq dursun!- Mütəxəssis TÖVSİYƏSİ

Mütəxəssislər varikozdan əziyyət çəkən insanları şəkər, duz və trans yağları olan qidalardan, həmçinin çox miqdarda yağda qızardılmış yeməklərdən uzaq durmağı tövsiyə edirlər.

Azpost.info xəbər verir ki, şəkər, duz və trans yağların qanda laxtalanmaya səbəb ola biləcəyi deyilir.

“Tərkibində çoxlu şəkər olan hər şeydən imtina etmək lazımdır. İstənilən belə məhsul normal qan axınına mane olacaq. Duzlu qidalar da qanı qatılaşdırır. Yarımfabrikat məhsullar da zərərlidir, çünki tərkibində çoxlu duz və şəkər var. “Fast-food” və kolbasalardan, o cümlədən tərkibində marqarin olan souslardan, bulka, peçenye, cips, kekslərdən də imtina etməkdə fayda var”, – mütəxəssislər xəbərdarlıq edir.

O da qeyd olunur ki, damarların varikoz genişlənməsinə qadınlar arasında daha çox rast gəlinir.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.