Vasif Talıbovun oğlunun yerinə yeni şəxs təyin edilib

Naxçıvan Dövlət Universitetinə yeni prorektor təyin edilib.
Universitetin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsinə Aidə Cəlilzadə təyinat alıb.
Qeyd edək ki, bundan öncə Naxçıvan Dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru Seymur Talıbov idi. Seymur Talıbov Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğludur.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.